26 fevral 2013 18:00
Erik Ramos: İnanıram ki, hər iki cəbhədə maksimum nəticə qazanacağıq
"Neftçi"nin futbolçusu Erik Ramos klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Göstərdiyimiz oyunun və qazanığımız nəticələrin məntiqi olaraq ilk pillədə qərarlaşmışıq. Bunun davamını qarşıdakı oyunlarda da gətirib çempionluğu əldə etmək niyyətindəyik. Biz komanda olaraq hücum futbolu nümayiş etdiririk. İstənilən rəqiblə qarşılaşmada yalnız qələbəyə köklənirik. Azərbaycan kubokunda da eynilə iddialıyıq. İnanıram ki, hər iki cəbhədə maksimum nəticə qazanacağıq”.
