26 fevral 2013 18:25
İnter Xocalı qurbanlarını yad etdi
"İnter" Peşəkar İdman Klubunun vitse-prezidenti Müzəffər Novruzəliyev və klubun əməkdaşları, o cümlədən Azarkeş Klubunun nümayəndəsi Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Azerisport.az xəbər verir ki, onlar abidənin önünə əklil qoyublar, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildiriblər.
