26 fevral 2013 22:00
Ruslan Abışov Rubin ilə rəsmi müqavilə imzaladı (FOTO)
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov bu gün Rusiyanın "Rubin" klubu ilə rəsmi müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, bu barədə Kazan klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, azad agent statuslu futbolçumuz "Rubin"lə 2.5 illik müqavilə imzalayıb. Klubun rəsmi saytının yaydığı məlumatda onun karyerası barədə ətraflı məlumat da yerləşdirilib.
Xatırladaq ki, Ruslan Abışovun son klubu "Xəzər Lənkəran" olub.
