27 fevral 2013 02:46
Robertinyo: Azərbaycan çempionatı Gürcüstan birinciliyi ilə müqayisədə daha güclüdü
“İnter”in yeni hücumçusu Robertinyo azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 21-ci turunun “Neftçi” ilə oyunundan danışıb, Gürcüstan və Azərbaycan çempionatlarını müqayisə edib, eləcə də ölkəmizə gəlişini karyerasında irəliyə doğru addım hesab etdiyini bildirib. Braziliyalı futbolçu öncə bunları dilə gətirib:
“İnter” “Neftçi” ilə oyunda pis təsir bağışlamasa da, məğlub oldu. Amma bütövlükdə komanda özünü yaxşı tərəfdən göstərə bildi. Xüsusilə də müdafiə xətti. Lakin istənilən halda bu nəticəni qənaətbəxş saymaq olmaz”.
“İnter” “Neftçi” ilə oyunda pis təsir bağışlamasa da, məğlub oldu. Amma bütövlükdə komanda özünü yaxşı tərəfdən göstərə bildi. Xüsusilə də müdafiə xətti. Lakin istənilən halda bu nəticəni qənaətbəxş saymaq olmaz”.
Robertinyo hələ yeni komandasında debüt edə bilməməsinə də münasibətini açıqlayıb: “Mən hələ tam hazır deyiləm. Zədəm var idi. Bu üzdən təxminən iki ay istirahət etməli oldum. İndi isə artıq sıraya dönmüşəm və məşqlərimi davam etdirirəm. Çalışıram ki, qarşıdakı matçlarda yeni komandama kömək edə bilim”.
Braziliyalı futbolçu Gürcüstandakı çıxışını da yada salıb: “Düzünü deyim ki, burda hər şey Gürcüstandakından fərqlənir. Burda hər şey mənim üçün yenidi. Oyunçular, çempionat, klubların səviyyəsi, bir sözlə hər şey xoşuma gəlir”.
Həmsöhbətimiz Azərbaycan və Gürcüstan çempionatlarını müqayisə etməyi də unutmayıb: “Azərbaycanda olmağımdan elə də çox vaxt keçməyib. Amma onu deyə bilərəm ki, burdakı çempionat daha güclüdü. Çünki burda həqiqətən də yüksək yerlər uğrunda mübarizə aparan klubların sayı çoxdu. Futbolçular da Gürcüstana nisbətən daha güclüdülər”.
Robertinyo “İnter”ə keçidinin heç də geriyə addım olmadığını dilə gətirib: “Bu keçidimi karyeramda irəliyə doğru addım hesab edirəm. Ümid edirəm ki, özümü burda bir futbolçu kimi daha da inkişaf etdirə biləcəm”.
