27 fevral 2013 00:15

Azərbaycan Kubokunda 1/4 final həyacanı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.
 
Premyer Liqada ilk altılığa vəsiqə qazanmış iki komanda - “Qəbələ” və “Qarabağ” Qəbələdə üz-üzə gələcəklər. Hər iki komanda iki cəbhədə də mübarizə aparmaqda maraqlı olduğundan gərgin mübarizə olacağı şübhəsizdi. Bu komandalar ötən mövsümdə də kubokda qarşılaşmışdılar. Elə indi olduğu kimi 1/4 finala təsadüf edən duellərdə heç-heçələr sıralanmışdı. “Qarabağ” yalnız ilk oyundakı səfər qolları sayəsində yarımfinala yüksəlmişdi. (2:2, 0:0). Bu dəfə necə olacağı maraqla gözlənilir. Maraq üçün xatırladaq ki, “Qarabağ” Premyer Liqanın 19-cu turuna təsadüf edən səfər oyununda da bu rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Baxmayaraq ki, ilk dövrədə keçirilən oyunda “Qəbələ” ağdamlıları məğlub etməyi bacarmışdı – 2:1.
 
Günün daha tez başlayan digər görüşündə isə iki paytaxt klubu - “Bakı” və “İnter” qarşılaşacaq. Maraq üçün bildirək ki, yalnız bu cütdəki komandalar 2 mövsümdə üz-üzə gəlib. Hər 2 paytaxt derbisində sevinən “Bakı” olub. Onlar tarixində ilk dəfə kuboka yiyələndiyi 2004/05 mövsümünün finalında üstün olub (2:1). 3 il əvvəl isə “zolaqlılar” bu rəqibini yarımfinalda dayandırıb (0:1, 3:1). Lakin cari mövsümdə “Bakı” heç də özünə bənzəmir. Bu komanda heç ilk altılığa da vəsiqəni tam rəsmiləşdirməyib. Ona görə də “Bakı”nın qarşılaşmaya müəyyən təzyiq altında çıxması istisna deyil. “İnter”ə gəlincə, bu komanda son tura qədər Premyer Liqada lider idi. Amma “Neftçi”yə məğlubiyyət “bankirlər”in zirvəni əldən verməsiylə nəticələndi. Ona görə də Kaxaber Sxadadzenin komandası paytaxt derbisində həm son məğlubiyyəti unutdurmağa çalışacaq, həm də “Bakı” ilə kubok oyunlarındakı uğursuz seriyanı dayandırmağa cəhd göstərəcək. Bu komandaların Premyer Liqanın cari mövsümündəki görüşlərində qeydə alınan nəticələrə gəlincə, ilk görüş qolsuz heç-heçə ilə bitmişdi. “İnter”in meydanında keçirilən ikinci qarşılaşmada isə “bankirlər” 1:0 hesabıyla üstün olmuşdular.

İlk altılıqdakı yerini təmin etmiş klubların daha bir kubok mücadiləsi Zaqatalada baş tutacaq. Burda “Simurq” Premyer Liqanın lideri “Neftçi”ni qonaq edəcək. Ötən mövsüm 1/8 finalda üz-üzə gələn komandalar Zaqatalada münasibətlərini ayırd etmişdi. Həmin vaxt cütün taleyini yalnız 1 qol həll etmişdi və “Neftçi” minimal hesablı qələbə sayəsində mərhələ adlamışdı. Bu mövsüm isə Zaqatala klubu daha iddialı təsir bağışlayır. Elə Georgi Çixradzenin komandasının hazırda liderlər qrupunda olması da bunu deməyə əsas verir. Düzdü, cəmi bir neçə gün öncə baş tutan çempionat oyununda “Simurq” bu rəqibinə 2 cavabsız qolla uduzmuşdu. Elə ilk dövrədə Bakıda keçirilən oyun da “Neftçi”nin xeyrinə bitmişdi – 2:1. Bu üzdən də “Simurq” kubok oyununda həm bu məğlubiyyətlərin əvəzini çıxmağa, həm də mərhələ adlamaq şanslarını yaxşılaşdırmağa çalışacaq. Baxmayaraq ki, rəqib çox güclüdü.
 
Ən nəhayət, 1/4 final mərhələsinin digər duelində “Rəvan”la “Xəzər Lənkəran” qarşılaşacaq. İndiyədək kubokda yolları kəsişməyən tərəflərin hər ikisinə bu turnirdə mübarizəni davam etdirmək çox vacibdi. Məsələ burasındadı ki, “Rəvan” artıq ilk altılıqdan kənarda qalacağını rəsmiləşdirib. “Xəzər Lənkəran” da ikinci altılıqda oynamağa əsas namizədlərdəndi. Belədə tərəflərin mübarizəsinin gərgin keçəcəyi şübhəsizdi. Bu görüş ərəfəsində rəqib komandanın baş məşqçisinin istefa verməsi, oyunun Bakıda keçirilməsi kimi amillər bakılıların işinə yaraya bilər. Ramil Əliyevin yetirmələri bundan maksimum yararlanıb, səfər matçı öncəsi sərfəli nəticə qazanmağa çalışmalıdılar. Əks halda Lənkəranda baş tutacaq növbəti görüşdə “aslanlar”ın işi çox çətin olacaq. Yarandığı gündən 1/4 finalın daimi iştirakçısı olan “Xəzər Lənkəran” 9-cu dəfə bu mərhələni adlamağa çalışacaq. Tarixi ərzində yalnız 2 dəfə burada büdrəyən “ağ-yaşıllar” 7-ci dəfə yarımfinala yüksəlmək üçün “Rəvan”ı keçməlidi. Bu rəqiblə yalnız Premyer Liqada görüşən cənub təmsilçisi bakılılara məğlub olmayıb. 5-ci matç ərəfəsində 1 qələbəsi olan “Xəzər Lənkəran” 3 dəfə heç-heçə edib və top fərqində üstünlüyə malikdir – 7:3. Bu duellərdən 2-si ötən, digər ikisi isə cari mövsümə təsadüf edib. Bu qarşılaşmalarda ilk üçündə eyni hesablı heç-heçə qeydə alınıb – 1:1. Lakin son qarşılaşmada cənublu futbolçular bu seriyanı qırmağa nail olub. İlk 3 oyunda rəqib qapısından 3 top keçirən XL son qarşılaşmada 4 cavabsız qolla 3 xal qazanıb.
 
Azərbaycan Kuboku
1/4 final mərhələsi (ilk oyunlar)
27 fevral
 
15:00. Qəbələ – Qarabağ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ. Şəhər stadionu.
 
15:00. Bakı – İnter
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Məlik Həsənov.
“Bakı”nın təlim-məşq bazasının stadionu.
 
17:00. Rəvan – Xəzər Lənkəran
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. Bayıl Arena.
 
17:00. Simurq – Neftçi
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala. Şəhər stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.