27 fevral 2013 18:52

Yalnız Xəzər Lənkəran qazandı, qalanları sülhə razılaşdı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.
 
Premyer Liqada ilk altılığa vəsiqə qazanmış iki komanda - “Qəbələ” və “Qarabağ” Qəbələdə üz-üzə gəliblər. Günün daha tez başlayan digər görüşündə iki paytaxt klubu - “Bakı” və “İnter” qarşılaşıb. Hər iki oyun oxşar hesabla (1:1) başa çatıb.
 
İlk altılıqdakı yerini təmin etmiş klubların daha bir kubok mücadiləsi Zaqatalada baş tutub. Burda “Simurq” Premyer Liqanın lideri “Neftçi”ni qonaq edib. Bu matçda da qolsuz heç-heçə qeydə alınıb. 1/4 final mərhələsinin digər duelində “Rəvan”la “Xəzər Lənkəran” qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, sonda qonaqlar əzmkar qələbəyə seviniblər.
 
Azərbaycan Kuboku
1/4 final mərhələsi (ilk oyunlar)
27 fevral
 
SİMURQ – NEFTÇİ - 0:0 (0:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ömər Paşayev.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
Soltanovun zərbəsi qapıdan aralı keçir
Meydanda bərabər mübarizə var
Qırtımov hesabı açmaq şansını qaçırır
Popoviçin baş zərbəsi zamanı qapıçı topu tutur
Yenə Popoviç... Bu dəfə zərbəsi qapıdan aralı keçir
"Simurq"un üstünlüyü diqqət çəkir
Kanalesin zərbəsi qapıdan yan keçir
Araz Abdullayevin cərimə zərbəsi dəqiq olmur
Oliveyra da oxşar zərbə ilə yadda qalır
Səttarlı Soltanovun ötürməsini qola çevirə bilmir
Oyun yenidən meydanın mərkəzinə keçib
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Zrnanoviç Kanaleslə pis toqquşsa da, həkimlərin müdaxiləsindən sonra oyunu davam etdirə bilir
Kanales qol vurmağa yaxın olsa da, Petrkeviç onun sevinməsinə imkan vermir
"Simurq"da Popoviçlə Soltanovu T.Buşiç və R.Poladov əvəzləyir
Matç başa çatdı
 
RƏVAN – XƏZƏR LƏNKƏRAN - 1:2 (1:0)
Qollar: M.Zeçeviç, 6 (1:0), R.Əmirquliyev, 73 (1:1), U.Pamuk, 80 (1:2)
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Diniyev.
Bakı. Bayıl Arena.
 
Oyun başladı
"Rəvan" oyuna daha fəal başlayıb
M.Zeşeviç künc zərbəsi zamanı hesabı açır - 1:0
Pitin cərimə zərbəsi qapıdan yan keçir
Skarlatakenin uzaqdan zərbəsi hədəfdən yan keçir
XL buraxılan qolun əvəzini çıxmaq üçün böyük qüvvəylə irəli atılıb
Vareanın zərbəsi dəqiq olmur
XL daha çox hücum edir
Pitin daha bir zərbəsi qapıya düşmür
Varea boş qapıya düşə bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Qurbanov iki futbolçunu əla keçsə də, qapıya dəqiq zərbə endirməsinə rəqib müdafiəçilər mane olurlar
Rahid Əmirquliyev nəhayət ki, meydan sahiblərini cəzalandırmağı bacarır - 1:1
Uğur Pamuk az sonra komandasını hesabda önə keçirir - 1:2
Matç başa çatdl
 
QƏBƏLƏ – QARABAĞ - 1:1 (1:0)
Qollar: Dodo, 33 (1:0), V.Nadirov, 56 (1:1)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
5. Hər iki komanda ilk dəqiqələrdən çox fəaldı
7. "Qarabağ" daha istəkli görünür və hiss olunur ki, erkən qol vurmağa çalışır
9. Ə.İsmayılovun təhlükəli zərbəsini son anda D.K.Silva qaytara bilir
15. "Qəbələ" getdikcə oyunda üstünlüyü ələ keçirir
20. Qarşılıqlı hücumlar davam etsə də, qol yoxdu
24. R.Abdullayevin zərbəsi qapıdan aralı keçir
27. "Qarabağ" kornerdən yaxşı yararlana bilmir
32. N.Yusifov sarı vərəqə alır
33. Əla cinah ötürməsindən sonra Dodo dəqiq baş zərbəsi ilə hesabı açır - 1:0
40. "Qarabağ" buraxılan qoldan sonra daha böyük qüvvəylə irəli atılsa da, rəqib müdafiəsini yarmaqda çətinlik çəkir
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
53. H.Əhmədovu Q.Qarayev əvəzləyi
54. V.Nadirovun qapıya zərbəsi dəqiq olmur
56. V.Nadirov nəhayət ki, istəyinə çatır. Onun möhtəşəm zərbəsi qarşısında qapıçı aciz qalır - 1:1
64. "Qəbələ"də C.Sultanovla R.Assisi Y.Abuzərovla K.Pulhak əvəzləyir
70. Hər iki komanda növbəti qolu vurmağa çalışsa da, istəklərinə çata bilmirlər
78. V.Cavadovu B.Hüseynov əvəzləyir
84. Ə.İsmayılovu M.Muarem əvəzləyir
85. "Qəbələ" son dəqiqələrdə təzyiqi artırıb
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
BAKI – İNTER - 1:1 (0:0)
Qollar: İ.Kandelaki, 81 (0:1), A.Nəbiyev, 90+2 (1:1)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
“Bakı”nın təlim-məşq bazasının stadionu.
 
Oyun başladı
5. Tərəflər ilk dəqiqələrdən hücuma atılılblar
9. "Bakı" meydan sahibi olduğunu isbatlamağa çalışır
20. Oyun daha çox meydanın mərkəzində keçir
25. A.Abatsiyev ilk sarı vərəqə alan futbolçu olur
30. Georgi Popxadzenin kobud səhvindən sonra Baçana Sxadadze hesabı açmağa çox yaxın olsa da, onun zərbəsini Edin Nuredinoski qaytarmağı bacarır
34. "Bakı" kornerdən istədiyi kimi yararlana bilmir
40. Qarşılıqlı hücumlar davam etsə də, təhlükəli vəziyyətlər demək olar ki, yoxdu
44. "İnter" künc zərbəsindən yararlana bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. "İnter" daha iki kornerdən yararlana bilmir
50. Sxadadze hesabı açmağa çox yaxın olsa da, Nuredinoski topu kornerə çıxarmağı bacarır. Qonaqlar yenə korneri boşa verirlər
52. "İnter" fasilədən sonra daha fəal görünür
57. M.Rubionu A.Şoliç əvəzləyir
62. Şoliç uzun reyddən sonra qapıya zərbə endirsə də, Tevdoradze topu tutur
67. Sxadadzeni Y.Fomenko əvəzləyr
69. "İnter"in təhlükəli hücumunun qolla tamamlanmasına son anda qapıçı mane olur
72. A.Nəbiyev sarı vərəqə alır
81. Fomenkodan əla ötürmə alan Kandelaki müdafiəçiləri aldadıb uzaq küncə iti bucaq altında dəqiq zərbə endirir - 0:1
82. Ristoviçi M.Pena əvəzləyir
83. "İnter"də isə A.Məmmədovu Robertinyo əvəzləyir
82. R.Abdullayevi Ş.Xəlilov əvəzləyir
86. V.Levin sarı vərəqə ilə cəzalanır
88. Kandelaki də sarı vərəqə alır
88. Şoliçin təhlükəli cərimə zərbəsi hədəfdən yan keçir
89. Robertinyo debüt matçında hesabı açmağa çox yaxın olsa da, fürsəti qaçırır
90+2. A.Nəbiyev Popxadzenin ötürməsini başla qola çevirir - 1:1
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.