26 fevral 2013 11:33
Xəzər Lənkəran yenə baş məşqçisiz qaldı
“Xəzər Lənkəran” yenə baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun ispaniyalı çalışdırıcısı Karles Bakes istefa verib.
O, bu qərarını komandanın son uğursuzluqları ilə izah edib. Qeyd edək ki, Bakesin gəlişindən sonra da qeyri-sabit çıxışını davam etdirən “ağ-yaşıllar” ilk altılıqdan kənar qalmaq üzrədi.
Bununla da Bakes “Xəzər Lənkəran”da son bir ildə istefaya göndərilən üçüncü mütəxəssis oldu. Bütövlükdə isə 2004-cü ildən bəri bu komandadan gedən 10-cu məşqçi kimi yadda qaldı.
