26 fevral 2013 11:48
Karles Bakes: XL-dan getmək üçün ən uyğun vaxt indi idi
“Xəzər Lənkəran”ın baş məşqçisi postundan istefa verən Karles Bakes bu qərarını şərh edib. Azerisport.az saytına müsahibəsində o, istefası ilə bağlı bunları söyləyib:
“Mən bura ona görə gəlmişdim ki, komandada dəyişikliklər edim, uğura daşıyım. Rəhbərliklə də söhbətimiz olmuşdu. Mənim planım xoşlarına gəlmişdi. Amma təəssüf ki, bu planlarımı tam həyata keçirmək müxtəlif səbəblərdən baş tutmadı. “Qəbələ” ilə oyundan sonra rəhbərliklə görüş keçirdim. Qərara aldıq ki, mənim komandadan getmək üçün ən uyğun vaxt məhz elə indidi”.