26 fevral 2013 12:34
Xəzər Lənkəran Bakesə əvəzləyici tapdı
“Xəzər Lənkəran”ın istefa verən baş məqçisi Karles Bakesi kimin əvəzləyəcəyi bəlli olub. Azerisport.az xəbər verir ki, cənub təmsilçisini qarşıdakı oyunlara ispaniyalı mütəxəssisin köməkçiləri – Emin Quliyevlə Erik Roketa Kapilla hazırlayacaq.
Məlumatı klubun vitse-prezidenti Tuyqun Nadirov da təsdiqləyib. Amma komandanın yeni baş məşqçisinin kim olacağı hələ bəlli deyil.
