26 fevral 2013 13:27
Bakes doqquzuncu oldu
Topaz Premyer Liqasında cari mövsümün doqquzuncu baş məşqçi istefası reallaşdı. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”dan ayrılan Karles Bakes bu siyahıda doqquzuncu oldu.
Qeyd edək ki, bunadək cari mövsümdə 8 baş məşqçi istefası qeydə alınmışdı. İndiyədək 5 yerli, 4 əcnəbi mütəxəssis postundan ayrılıb.
Ən çox baş məşqçi dəyişikliyi edən komanda “Rəvan” olub. Bakı klubu türkiyəli Cevat Gülər, bosniyalı Kemal Alispahiç və yerli məşqçi Bəhmən Həsənovu yola salıb.
“Xəzər Lənkəran” artıq ikinci dəfə baş məşqçisi isə vidalaşıb. Bölgə klubu Yunis Hüseynovdan sonra Karles Bakesi istefaya göndərib.
“Qəbələ” Fatih Kavlakla, “Kəpəz” Fuad İsmayılovla, “Turan” Əsgər Abdullayevlə, “Bakı” isə Novruz Əzimovla yollarını ayırıb.
Qeyd edək ki, 7 klub – “Neftçi”, “İnter”, “Qarabağ”, “Simurq”, AZAL, “Sumqayıt” və “Bakı” mövsümə başladıqları baş məşqçilərlə yollarını davam edirlər.
