26 fevral 2013 13:42
Böyükağa Hacıyev: Simurqla oyuna qələbə üçün gedirik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Simurq”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İnter”lə oyundan sonra bizi daha bir güclü rəqiblə - “Simurq”la qarşılaşma gözləyir. Bizim hədəfimiz kubokda sona kimi irəliləməkdi. Hər iki cəbhədə mübarizəni davam etdirmək istəyirik. Gücümüz buna çatacaq dərəcədədi. Kubok oyunlarında hər şeyə iki qarşılaşmanın nəticəsinə görə aydınlıq gəlir. Ona görə də biz səfərdən sərfəli nəticə ilə qayıtmalıyıq. Əsas yarımfinala çıxmaqdı. Zaqatalaya qələbə dalınca gedirik. İlk oyundakı müsbət nəticə cavab matçına daha inamlı çıxmağımıza şərait yaradacaq”.