26 fevral 2013 13:55

Marius Pena: Hamıdan üzr istəyirəm

“Bakı”nın rumın hücumçusu Pena Marius ilk günlərdən diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, inamlı və məhsuldar oyunu ilə seçilən forvard "Bakı"nın rəsmi internet saytına müsahibə verib.
 
- Artıq bir aydır ki, Azərbaycandasan. Ölkə çempionatında 4 oyun keçirmisən, az da olsa, təcrübə toplamısan. Ümumiyətlə Premuer Liqa barədə hansı fikirdəsən?
- Çempionat çox gərgin keçir. Son tura qədər ən azı 3 komanda ilk altığa düşmək üçün mübarizə aparır. Bu amil çempionatın gərgin və maraqlı keçməsindən xəbər verir. "Bakı"nın heyətində 4 oyun keçirmişəm. İki dəfə fərqlənmişəm və bu mənim üçün yaxşı haldı. Təəssüflər olsun ki, sonuncu oyunda penaltidən yararlana bilmədim və buna görə komanda yoldaşlarım, baş məşqçi, rəhbərlik və azarkeşlərimizdən üzr istəyirəm. Həmin oyunda qalib gəlsəydik, indi vəziyyətimiz tam başqa olardı. Ancaq bu, futboldu, kiminsə belə hadisələrdən sığortası yoxdu. Çalışacağam ki, növbəti oyunlarda vurduğum qollarla onları sevindirim.
 
- Növbəti oyun kubok turnirinə təsadüf edir. “İnter”lə derbi barədə nə deyə bilərsən?
- “İnter” klubu barədə çox məlumatlı olmasam da, təkcə onu qeyd etmək kifayət edər ki, onlar çempionatın liderlərindən biridi. Bu da ondan xəbər verir ki, rəqib güclü və ciddi klubdu. Buna baxmayaraq, mən inanıram ki, biz bu oynda qələbə qazanaraq ikinci oyun öncəsi yaxşı nəticə əldə edəcəyik. Əminəm ki, növbəti tura biz keçəcəyik.
 
Qeyd edək ki, “Bakı” növbəti oyununu 27 fevral 2013-cü il tarixdə öz meydanında "İnter"ə qarşı keçirəcək. Azərbaycan Kuboku uğrunda yarışların 1/4 final mərhələsinə təsadüf edən qarşılaşma saat 15:00-da başlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.