26 fevral 2013 14:01
PFL Xocalı şəhidlərinin xatirəsini yad etdi (FOTO)
Peşəkar Futbol Liqasının kollektivi bu gün "Xocalı" abidəsini ziyarət edib. Azerisport.az xəbər verir ki, PFL əməkdaşları tərəfindən Xocalı şəhidlərinin əziz xatirəsinə ucaldılmış abidənin qarşısına əklil qoyulub.
Allah rəhmət eləsin!
