27 fevral 2013 01:04
Luis Felipe Skolari: Portuqaliyaya Bakıda mütləq qələbə qazanmaq lazımdı
Futbol üzrə Braziliya yığmasının baş məşqçisi Portuqaliya millisinin DÇ-2014-ün seçmə mərhələsindəki şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, portuqaliyalıların sabiq çalışdırıcısı yığmamızla görüşdən də danışıb:
“Mən dünya çempionatını Portuqaliyasız görmək istəməzdim. Heç birimiz komandanın mundialı buraxmasını arzu etmərik. Fikrimcə, Portuqaliyaya qrupdan çıxmaq üçün qarşıdakı İsrail və Azərbaycanla oyunlarda mütləq qələbə qazanmaq lazımdı. Bu qələbələr komandaya çox kömək edə bilər”.