28 fevral 2013 02:49
Kral Kubokunun finalında Madrid derbisi baş tutacaq (YENİLƏNİB)
Futbol üzrə İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Bütün dünyanın maraqla gözlədiyi qarşılaşmada “Barcelona” əzəli rəqibi “Real”ı qəbul edib. İlk oyunda heç-heçə qeydə alındığından tərəflərin bu dəfə mütləq qələbə qazanması lazım idi. Bu qələbəni isə Madrid təmsilçisi qazandı və səfərdəki zəfər sayəsində ilk finalçı oldu.
“Sevill” isə ilk oyunda uduzduğu “Atletico”nu qəbul edib. Qarşılaşma heç-heçə bitib və "Atletico" növbəti mərhələyə çıxıb.
“Sevill” isə ilk oyunda uduzduğu “Atletico”nu qəbul edib. Qarşılaşma heç-heçə bitib və "Atletico" növbəti mərhələyə çıxıb.
Beləcə, Kral Kubokunun finalında Madrid derbisi baş tutacaq.
İspaniya Kral Kuboku
Yarımfinal (cavab oyunları)
26 fevral
Barcelona – Real – 1:3 (ilk oyun – 1:1)
27 fevral
Sevilla - Atletico - 2:2 (1:2)
