28 fevral 2013 01:17
Bayern Dortmund Borussiasını yarımfinala buraxmadı (YENİLƏNİB)
Futbol üzrə Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Mainz”ın qonağı olan “Freiburg” çətin qələbə sayəsində ilk yarımfinalçı olub. “Kickers Offenbach”la qarşılaşan “Wolfsburg” da növbəti mərhələyə çıxmağı bacarıb.
İkinci oyun günündə isə “Stuttgart” “Bochum”u, “Bayern” Dortmund “Borussia”sını qəbul edib. Hər iki görüşdə qələbəni bayram edən tərəf meydan sahibləri olublar.
Almaniya Kuboku
1/4 final mərhələsi
26 fevral
Mainz – Freiburg – 2:3
Kickers Offenbach – Wolfsburg – 1:2
27 fevral
Stuttgart - Bochum - 2:0
Bayern - Borussia (Dortmund) - 1:0
