1 mart 2013 01:45
Fransa Kuboku: Bütün 1/4 finalçılar bəlli oldu (YENİLƏNİB)
Futbol üzrə Fransa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Sochaux” ilə qarşılaşan “Troyes” növbəti mərhələyə adlayan ilk komanda olub. “Evian” “Le Havre” səddini çətinlik çəkmədən keçib. “Saint-Etienne” də “Lille” üzərində zəfərə sevinib.
İkinci oyun günündə “Lorient” “Brest”i darmadağın edib. “Raon L Etape” - “Bordeaux” görüşündə cütün taleyini penaltilər həll edib və daha dəqiq oynayan qonaqlar mərhələ adlayıblar. “Venissieux Minguettes” ilə qarşılaşan “Nancy” də 1/4 finala adlayıb. PSG isə buna “Olympique” (Marsel) üzərindəki qələbə ilə nail olub.
Nəhayət, son gündə “Lens” “Epinal”ı qəbul edib. Meydan sahibləri iki cavabsız qolla mərhələ keçiblər.
Fransa Kuboku
1/8 final mərhələsi
26 fevral
Sochaux – Troyes – 1:2
Evian - Le Havre – 3:1
Saint-Etienne – Lille – 3:2
27 fevral
Lorient - Brest - 3:0
Raon L Etape - Bordeaux - 2:2 (penaltilərlə 3:5)
Venissieux Minguettes - Nancy - 0:2
PSG – Olympique (Marsel) - 2:0
28 fevral
Lens - Epinal - 2:0
