26 fevral 2013 14:25

Beşinci dəfə yarımfinalın astanasında

“Qəbələ” sabah - fevralın 27-də ilk oyunları baş tutacaq Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, ötən mövsüm də bu mərhələdə elə bu rəqiblə qarşılaşan komanda 1 il sonra revanş üçün meydana çıxacaq.
 
Düzdür, həmin vaxt ağdamlılar komandaya qalib gəlməmişdi. Hər 2 oyunu heç-heçə bitən cütün taleyini ağdamlıların Qəbələdə vurduğu səfər qolları həll etmişdi – 2:2 və 0:0.
 
Ardıcıl 3-cü, ümumilikdə isə 5-ci dəfə bu mərhələyə yüksələn “Qəbələ” hələlik 2 dəfə yarımfinala adlayıb. İlk 2 cəhddə bunu bacaran komanda son 2 ildə məhz bu səddə “ilişib”. İndi bu seriyanı qırmalı olan komanda 1/4 finaldakı ev oyunları ənənəsinə də son qoymalıdır. Belə ki, “Qəbələ” tarixi ərzində kubokun 1/4 finalında keçirdiyi bütün ev oyunlarını istisnasız olaraq heç-heçə başa vurub. İlk 4 heç-heçədən sonrakı 5-ci matçda qələbə qazanmaq üçün “Qarabağ”ı yenmək lazımdır.
 
İndiyədək 2 kubok matçından başqa daha 18 dəfə Premyer Liqada  Ağdam təmsilçisi “Qəbələ”yə rəqib olub. Bu matçlarda cüzi üstünlük “Qarabağ”ın tərəfindədir. Ağdamlılar 6, “Qəbələ” 5 qələbə qazanıb. Daha 9 görüşdə isə qalib müəyyənləşməyib. 43 qolun vurulduğu matçlarda “Qarabağ” daha məhsuldar olub – 23:20. Amma son 8 oyunda 3 qələbəsi olan “Qəbələ” 5 dəfə heç-heçə edib və uduzmayıb. 2011-ci il fevralın 13-də qazandığı qələbə “Qarabağ” üçün sonuncu olub ki, həmin vaxtdan 2 ildən çox vaxt keçib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.