26 fevral 2013 14:41
Arif Əsədov: Ümid edirəm ki, klubları onları yığmaya buraxacaq
U-19 Azərbaycan yığmasının yığmasının baş məşqçisi Arif Əsədov qarşıdakı təlim-məşq toplanışı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Martın 15-də komanda bir araya gələcək və Finlandiyaya yola düşəcəyik. Orda yoxlama oyunu keçirməyi planlaşdırırıq. Bu görüş martın 18-də baş tutacaq. Ayın 22-si və 24-də isə Estoniya yığması ilə görüşlər nəzərdə tutulub. Bu toplanışa Moskva “Lokomotiv”ində çıxış edən Samir Mənsimovu dəvət etmək istəyirik. Biz onu ötən toplanışa çağırsaq da, komandasıyla birgə Antalyada hazırlıq keçdiyindən gələ bilməmişdi. Həmçinin Almaniyanın “Eintracht” klubundan Cem Felek və Türkiyənin “Fenerbahçe” klubundan Mirkamil Həşimlini də heyətə cəlb etməyi düşünürük. Ümid edirəm ki, klubları onları yığmaya buraxacaq”.