26 fevral 2013 14:54
AFFA-nın əməkdaşları Xocalı abidəsini ziyarət edib (FOTOLAR)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşları bu gün Xətai rayonu ərazisindəki “Xocalı” abidəsini ziyarət edib. Azerisport.az xəbər verir ki, onlar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısına əklil və gül dəstələri qoyublar.
