26 fevral 2013 15:02
Azərbaycan Gürcüstanla iki yoldaşlıq oyunu keçirəcək
Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə futzal üzrə Azərbaycan milli komandası 2 yoldaşlıq görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, millimiz martın 18-də və 19-da ABU Arena-da Gürcüstan yığması ilə qarşılaşacaq. Hər iki oyun saat 13:00-da başlayacaq.
