26 fevral 2013 15:26
“Çox istərdim ki, İnter bizə qarşı da elə zəif oynasın”
“Bakı”nın müdafiəçisi Aqil Nəbiyevin azerisport.az saytına müsahibəsi
- “İnter”lə kubok oyunundan nə gözləyirsiz?
- Komanda bu oyuna böyük ümidlərlə hazırlaşır. Hamı bilir ki, avrokuboklara ən qısa yol məhz kubokdan keçir. Buna görə də bizə “İnter”i keçmək lazımdı. Xüsusilə ilk oyunda sərfəli nəticəyə nail olmaq vacibdi. Qol vurub, buraxmamağa çalışmalıyıq.
- Rəqib barədə nə deyə bilərsiz?
- Bu komanda nəticəyə oynayır. Müdafiə taktikasına üstünlük versələr də, bu, nəticə gətirir. Amma onların zəif yerlərinin olmadığını düşünmürəm. “Neftçi” bu sübut etdi.

- Həmin oyuna baxmısız?
- Bəli. “Neftçi” həmin oyunda qələbəyə layiq idi və əla futbol sərgilədi. “Bankirlər”dən isə elə zəif oyun gözləmirdim. Çox istərdim ki, bizə də qarşı elə oynasınlar. Əlbəttə, biz “İnter”i analiz edirik. Onların qapısına yol tapmağa çalışmalıyıq.

- “Bakı” hələ də parlaq oyun nümayiş etdirə bilmir...
- Dörd oyuna 10 xal toplamışıq. Məgər bu, pisdi? Zaqatalada da sadəcə bəxtimiz gətirmədi. Ona görə də heç-heçəyə razılaşmalı olduq. Penaltini dəqiq yerinə yetirsəydik, bu oyunda da qalib gələcəkdik. Mən “Bakı”nın pis çıxış etməsi ilə bağlı fikirlərlə razı deyiləm.
- “Bakı” ilk altılığa düşməsə necə olacaq?
- Bu haqda düşünmək də istəmirəm. Bu gün “Bakı” Azərbaycan klubları arasında ən yaxşı bazaya malikdi. Klub rəhbərliyi çoxlu xərc çəkir. Bizə istəyimizə çatmaq üçün sadəcə “Rəvan”ı məğlub etmək lazımdı. İlk altılığa düşməməyimiz kluba böyük zərbə ola bilrə. Bunun da günahkarı özümüz olacağıq.

- Komandada hələ də hücumçu problemi qalmaqdadı...
- Biz həm az qol vururuq, həm də az buraxırıq. Amma bu, hücumçularımızın zəif olmasından xəbər vermir. “Bakı”nın bütün futbolçuları güclüdü. Sadəcə, hərdən kimdəsə alınmır, kiminsə bəxti gətirmir.