26 fevral 2013 15:33
Qəbələnin futbolçusu hakimi təhqir etdiyinə görə dörd oyunluq cəzalandı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında çempionatın da 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Simurq” – “Bakı” matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Bakı”nın futbolçusu Sənan Bayramov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Qəbələ” – “Xəzər Lənkəran” oyunun 90-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Ruslan Bədəlov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunun.
“Neftçi” – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
