26 fevral 2013 15:45
Qaradağ Lökbatan, Neftçala və Şuşaya oxşar cəza
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şuşa” – “Qaradağ Lökbatan” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 100 manat cərimə olunublar.
“Göyəzən” – “Neftçala” matçında “Neftçala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
