27 fevral 2013 17:10

Ruslan Abışov: Lokomotiv ilə oyunda debüt edəcəyimə ümidliyəm

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov azerisport.az saytına müsahibəsində Rusiyanın “Rubin” klubu ilə müqavilə bağlamasından danışıb, eləcə də digər sualları cavablandırıb.
 
- Müqavilə bağladıqdan sonra Bakıya qayıdacağınızı gözləmirdik...
- Cəmi bir günlük gəlmişəm. Sabah klubumla birgə Antalyaya təlim-məşq toplanışına gedəcəm. Belekdə hazırlıq prosesi nəzərdə tutulub. Ardından da Avropa Liqasının 1/8 final oyunu çərçivəsində Valensiyaya getməliyik. Ondan sonra isə Rusiya çempionatının oyunları başlayacaq. İlk oyunumuz “Zenit”ə qarşı olacaq.

- Sizi yeni klubunuzda necə qarşıladılar?
- Çox yaxşı. Kurban Berdıyev başda olmaqla bütün komanda mənə böyük diqqət göstərir. “Rubin”də əla atmosfer var. Hamı bir ailə kimidi, dostdu. Hərdən mənə elə gəlir ki, bir neçə ildi bu komandada çıxış edirəm. Yüksək səviyyəli komandada belə də olmalıdı. Çox şadam ki, “Rubin”lə müqavilə imzaladım. Bundan sonra hər şey özümdən asılıdı. Çox çalışmalıyam ki, bəslənilən ümidləri doğruldum.
 
- Artıq Kazanda olmusuz. Xoşunuza gəlir?
- Çox gözəl şəhərdi. Mərkəzdə yaşayıram. Çox xoşuma gəlir. Düzdü, gəzməyə elə də çox vaxtım olmayıb. Çox qonaqpərvərdilər. Onu da bilirəm ki, “Rubin”in çoxlu fanatı var və komandanı həmişə dəstəkləyirlər.
 
- Siz bir müddət öncə əməliyyat olundunuz. Bu, məşqlərdə problem yaratmırdı?
- Mən son dövrlər fərdi hazırlaşırdım. Amma Belekdə komanda ilə çalışacağam. Komandaya uyğunlaşmağım üçün zamana ehtiyacım var. İnanıram ki, “Lokomotiv”lə oyunda debüt edə biləcəm.
 
- Özünüzə ev tutmusuz?
- Hələ yox. Yəqin ki, əvvəl bazada məskunlaşaram. Sonra ayrıca ev tutmaq haqda düşünəcəm.
 
- Hansı nömrəni seçmisiz?
- 87 nömrəli geyimi seçdim. Çünki bu, doğum günümdü. Ümid edirəm ki, bu nömrə mənə uğur gətirəcək.
 
- “Levante” ilə Avroliqa oyunlarından nə gözləyirsiz?
- Uğur qazanacağımıza ümidliyəm. Əgər “Atletico”nu məğlub edə bildiksə, “Levante”ni də keçə bilərik.

- Artıq Azərbaycanda Rusiya çempionatına maraq sizin sayənizdə daha da artmış olacaq...
- Mənə görə həyacan keçirən hər kəsə təşəkkürümü bildirirəm. Qoy “Rubin”in oyunlarına baxsınlar. Mən də bu klubun bir hissəsi olmağa çalışacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.