27 fevral 2013 18:08
“Nəbiyevi hücumda oynatdıq və bu gediş öz bəhrəsini verdi”
Azərbaycan kubokunu ¼ final mərhələsi çərçivəsində “Bakı” doğma meydanda “İnter”i qəbul etdi. Azerisport.az xəbər verir ki, oyunun ikinci hissəsinə əlavə edilmiş dəqiqələrdə qol vuran “Bakı” ilk oyunda 1:1 hesablı nəticə əldə etdi.
Oyundan sonra “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç bunları dilə gətirib: “İlk oyun başa çatdı. Qarşıda bizi cavab oyunu gözləyir. Hər iki komanda bir-birini yaxşı tanıyır. Rəqibin əsas oyunçusu kimi Georgiyevskini neytrallaşdırmaq istəyirdik. Müdafiədə buraxdığımız səhv qapımıza qolla nəticələndi. Lakin özümüzü toparlaya bildik və cavab qolunu vurduq. Aqil Nəbiyevi hücumda oynatdıq və bu gediş öz bəhrəsini verdi”.
