27 fevral 2013 19:07
Hacıyevlə Çixradzedən heç-heçəyə şərh
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Simurq” doğma meydanda “Neftçi”ni qəbul etdi. Azerisport.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0. Oyundan sonra baş məşqçilər aşağıdakı fikirləri səsləndiriblər:
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Ağır oyun oldu. Kubok oyunları həmişə çətin keçir. “Neftçi” hücumameylli komandadır, komandama rəqibin hücumlarının qarşısını almağı tapşırmışdım. Futbolçular bunun öhdəsindən gəldilər”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Yaxşı oyun izlədik. Oyun qolsuz heç-heçə ilə başa çatdı, qalib ikinci oyundan sonra bilinəcək. “Simurq”u böyük məmnuniyyətlə gözləyirik.”.
