27 fevral 2013 19:15
“Lənkəranda bizi maraqlı cavab oyunu gözləyir”
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Xəzər Lənkəran” səfərdə “Rəvan”ın qonağı oldu. Azerisport.az xəbər verir ki, oyunun ilk hissəsini məğlub başa vuran cənub təmsilçisi ikinci hissədə əzmkar oyunla qalib gəldi - 2:1.
Emin Quliyev, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Maraqlı oyun izlədik. İlk hissədə oyunumuz alınmadı, ikinci hissədə isə daha yaxşı oynadıq və qələbə qazandıq”.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “İki fərqli hissə izlədik. İlk hissədə qazandığımız üstünlüyü ikinci hissədə qoruya bilmədik. Qapımızdan iki qol buraxdıq. Lənkəranda bizi maraqlı cavab oyunu gözləyir”.
