28 fevral 2013 00:22
Qəbələnin futbolçuları 8 min dollar mükafatlandırıldı
“Qəbələ”nin tarixində ilk dəfə Topaz Premyer Liqasının ilk altılığına vəsiqə qazanması futbolçular üçün cavabsız qalmayıb. Azerisport.az xəbər verir ki, bölgə klubunun rəhbərliyi komanda üzvləri bu uğurun müqabilində 8 min ABŞ dolları qazanıblar.
Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, komanda üzvləri 21-ci turun “Xəzər Lənkəran” üzərindəki 2:0 hesablı qələbə ilə nail olduqları uğurdan dərhal sonra mükafatlarını əldə ediblər.
