27 fevral 2013 11:57
Neftçi Simurqla oyuna hazırdı
Futbol üzrə Azərbaycan çempionu “Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Simurq”la oyunun hazırlıqlarını başa vurub. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq Zaqataladadı.
Bu gün səhər bakılılar Zaqatala Olimpiya stadionunda son məşqə də çıxıblar. Yüngül hazırlıqdan sonra komanda çalışmalarını başa vurub və oyun saatını gözləməyə başlayıb.
Qeyd edək ki, “Neftçi”də zədəli Tərlan Quliyevlə Bruno Bertuççidən başqa itki yoxdu.
