27 fevral 2013 12:34

Rəşad Abdullayev: Qəbələ ilk üçlükdə yer alacaq güсdədi

“Qəbələ”nin kapitanı Rəşad Abdullayevin azerisport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”la oyundan sonra tam bərpa dövrü keçə bilmisiz?
- Biz artıq bu oyunu unutmuşuq. “Qarabağ”la kubok oyununa köklənmişik. Bizim üçün bu, vacib görüşdü. Çünki evdə oynayırıq. Mütləq qələbə qazanmaq lazımdı. Cavab görüşünə rahat çıxmaq istəyiriksə, ağdamlıları ilk oyunda mütləq yenməliyik.
 
- “Qarabağ”la oyunun asan olmayacağını yəqin ki, bilirsiz?
- Əminəm ki, rəqibimiz də qarşısında bu oyunda qol vurmaq vəzifəsi qoyub. Onlar da səfər oyununda qol vurmağın vacibliyini başa düşürlər. Amma əgər biz öz meydanımızda qol buraxmadan qalib gəlsək, mərhələ adlamaq şanslarımızı xeyli artırmış olacağıq.
 
- “Qarabağ” təsadüfi hallarda meydanı qolsuz tərk edir...
- Bu düzdü. Amma unutmayın ki, “Qəbələ” son mövsümlərdə “Qarabağ”a qarşı çox uğurlu çıxış edir. Çalışmalıyıq elə edək ki, oyun bizim nəzarətimizdə olsun.
 
- Nəzərə alsaq ki, rəqibin güclü yarımmüdafiə xətti var, yəqin sizə orta sahədə mübarizə aparmaq çətin olacaq...
- Bəli, bu, belədi. Rəqibimizin yaxşı heyəti var. Amma bizim də heyətimiz güclüdü. Bundan yararlanmalıyıq.
 
- İlk oyunda sizi hansı nəticə qane edəcək?
- Əsas qələbə qazanmaqdı. Çox qol vurmaqdansa, qol buraxmamaq daha yaxşıdı.
 
- “Qəbələ”nin bu mövsüm bircə hədəfi qalıb?
- Bəli, avrokuboklara vəsiqə qazanmaq. “Qəbələ” heç vaxt buna nail olmayıb. Biz isə belə bir ilki gerçəkləşdirmək istəyirik.

- Çempionatda ilk üç pillə “Neftçi”, “İnter” və “Qarabağ” arasında bölüşür. Sizə elə gəlmir ki, bu üç klubu qabaqlamaq mümkünsüz görünür. Bu üzdən əsas gücü kuboka yönəltmək daha sərfəli olmazmı?
- Bu klublara heç kim zəmanət verə bilməz ki, onlar mövsümün sonunda yerlərinə qalacaqlar. Hər şey baş verə bilər. Biz ilk üçlüyə girəcək gücdəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.