27 fevral 2013 13:09
Kubokun iki oyunu canlı yayımda
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin iki oyunu televiziyası vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilmiş qarşılaşmalaları azarkeşlər canlı izləyə biləcəklər:
27 fevral (çərşənbə)
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ şəhər stadionu, 15:00 (canlı, İdman Azərbaycan)
“Bakı” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Məlik Həsənov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00 (canlı, AzTV)
