28 fevral 2013 01:09

Bakıda keçiriləcək futbol üzrə dünya çempionatı müzakirə olundu

Gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboum ilə bu ilin yayında Bakıda keçiriləcək hərbçilər arasında futbol üzrə birinci dünya çempionatını müzakirə edib. Azerisport.az xəbər verir ki, Azad Rəhimov görüşdə bildirib ki, Azərbaycanın mötəbər tədbirlər keçirilməsi ilə bağlı artıq kifayət qədər təcrübəsi var.
 
Onun sözlərinə görə, ötən il 17 yaşlı qadınlar arasında dünya çempionatı yüksək səviyyədə təşkil olunub. Rəhimov gələn il Azərbaycanda Beynəlxalq Jurnalistlər İttifaqının konqresinin, həmçinin qarşıdan gələn illərdə də böyük mötəbər yarışların keçiriləcəyini vurğulayıb. Nazir deyib ki, hazırda Azərbaycanda yeni nəhəng idman infrastrukturunun tikintisi aparılır.
 
Hamad Kalkaba Malboum görüşdə vurğulayıb ki, Azərbaycan gənc ölkə olmasına baxmayaraq, idman sahəsində fantastik nəticələrə imza atıb. O qeyd edib ki, rəhbərlik etdiyi Şura dünyada hərbçilər arasında dostluğa xidmət etməyi qarşısına məqsəd qoyub. Malboum Bakıda keçiriləcək dünya çempionatının da hərbçilər arasında dostluq körpüləri salacağına əmin olduğunu bildirib.
 
O qeyd edib ki, artıq Bakıda keçiriləcək dünya çempionatında iştirak etmək üçün 16 komandadan 15-nin adı müəyyənləşib. 1 lisenziyanı isə növbəti bir Avropa komandası qazanacaq. Qeyd edək ki, artıq Avropadan Almaniya və Fransa iştirakçılar sırasında yer alıb. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.