1 mart 2013 01:55
Fenerbahçe son oyunda uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
A qrupu qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin etmiş “Fenerbahce” evdə “1461 Trabzon”la qarşılaşıb. Meydan sahibləri heç bir əhəmiyyət daşımayan qarşılaşmadan məğlub ayrılıblar.
Bu qrupun digər oyununda ikinci yeri özü üçün təmin etmiş “Sivasspor” səfərdə “Bursaspor”la qarşılaşıb. Sivaslılar bu görüşü də qalib başa vurublar.
B qrupunda lider “Trabzonspor” “Antalyaspor”u məğlub edib. “Eskişehirspor” da “Mersin İdmanyurdu”nu səfərdə darmadağın edərək, ikinci yeri təmin edib.
Türkiyə Kuboku
Qrup mərhələsi
27 fevral
A qrupu
Fenerbahce - 1461 Trabzon – 2:3
28 fevral
Bursaspor - Sivasspor - 0:1
| 1 | Fenerbahce | 6 | 4 | 1 | 1 | 12 | 5 | +7 | 13 |
| 2 | Sivasspor | 6 | 3 | 2 | 1 | 6 | 5 | 1 | 11 |
| 3 | 1461 Trabzon | 6 | 1 | 2 | 3 | 5 | 9 | –4 | 5 |
| 4 | Bursaspor | 6 | 1 | 1 | 4 | 5 | 9 | –4 | 4 |
B qrupu
Mersin İdmanyurdu – Eskişehirspor – 0:3
Trabzonspor – Antalyaspor – 1:0
| 1 | Trabzonspor | 6 | 5 | 0 | 1 | 11 | 3 | +8 | 15 |
| 2 | Eskişehirspor | 6 | 4 | 0 | 2 | 9 | 5 | +4 | 12 |
| 3 | Antalyaspor | 6 | 3 | 0 | 3 | 13 | 8 | +5 | 9 |
| 4 | Mersin İdmanyurdu | 6 | 0 | 0 | 6 | 3 | 20 | –17 | 0 |
