28 fevral 2013 01:00

“Biz gənclər təcrübə sarıdan əziyyət çəkirik”

“Kəpəz” AZAL-la oyunda uduzsa da, heyətdə yer alan futbolçulardan Ramil Kərimov özünü yaxşı tərəfdən göstərməyi bacardı. Azerisport.az xəbər verir ki, gənc qolkiper komandasını oyun boyu bir neçə real qol vəziyyətində xilas etməklə, hesabın daha böyük olmasına imkan vermədi.
 
"Kəpəz"də rəsmi debütü ilə bağlı klub saytına danışan qapıçı start heyətində yer almasının gözlənilməz olduğunu bildirib: "Komandamızda üç qapıçı var. Əsas "çərçivə” qoruyucumuz Xəyal Zeynalovdu. Bu səbəbdən AZAL-la oyundan öncə keçirilən iclasda baş məşqçimiz Mahmud Qurbanovun meydana çıxacaq oyunçular arasında adımı çəkməsi gözlənilməz oldu. Amma mən hər zaman oynamağa hazır olmuşam. Məncə, debütüm pis alınmadı. Komandaya kömək edə bildim. Biz gənclər təcrübə sarıdan əziyyət çəkirik. Ona görə istənilən kimi mübarizə apara bilmir və uduzuruq".
 
"Mən əvvəllər "Turan"ın heyətində çıxış etmişəm. Tovuz təmsilçisində 5 oyunda əsas heyətdə meydana çıxmışam. Yəni demək istəyirəm ki, azda olsa, elita təcrübəm var. Mövsümün ilk yarısında şərəfini qoruduğum "Tərəqqi"də isə 12 matçda oynamışam. Ehtiyatda oturmamışam, oyun təcrübəsi qazanmışam. Bütün bunlar mənə kömək oldu. Amma hələ çox çalışmalıyam ki, daha yaxşı oyun sərgiləyim".
 
Qapıçı qarşıdakı turda meydana çıxıb-çıxmayacağına əmin olmasa da, "Kəpəz"ə meydanda kömək etmək istədiyini vurğulayıb: "Əsas məqsəd həmişə oynamaq, heyətdəki yerimi qorumaqdı. Dəqiq deyə bilmərəm ki, "Simurq"a qarşı görüşdə oynayacağam, ya yox. Bu, baş məşqçidən asılı olan məsələdi. O, kimi istəsə, daha uyğun və hazır bilsə, o da qapıda duracaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.