28 fevral 2013 02:18
Kəpəz hazırlıqları bərpa etdi
AZAL-la oyundan sonra 2 gün istirahətə buraxılan "Kəpəz" üzvləri yenidən bir araya gəlib. Azerisport.az xəbər verir ki, komanda dünəndən məşqləri bərpa edib.
Baş məşqçi Mahmud Qurbanov futbolçuları "Dalğa Arena"ya toplayıb. Məşq prosesi saat 16:00-da başlayıb. Komanda qarşıdakı turda qarşılaşacağı "Simurq"la oyuna hazırlaşır.
