27 fevral 2013 14:18
Yığmamızın forvardı sıradan çıxdı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara sıradan çıxıb. Azerisport.az xəbər verir ki, Türkiyənin “Sivasspor” klubunda çıxış edən millimizin üzvü komandasına növbəti turda da kömək edə bilməyəcək.
Bu barədə Sivas təmsilçisinin baş məşqçisi Rza Çalımbay məlumat verib. O, bildirib ki, Cihanla yanaşı komandanın aparıcı forvardlarından Kamil Qrosiçki də zədələnib.
Yığmamızın forvardının nə vaxt sıraya dönəcəyi barədə məlumat verilmir.
