27 fevral 2013 15:12
İspaniya klubları millimizin futbolçularını baxışa çağırdı
19 yaşadək qızlardan ibarət Azərbaycanın futbol yığmasına Patrisiya Qonsalesin baş məşqçi təyin olunmasından sonra bu komandaya İspaniyada böyük maraq yaranıb. Azerisport.az xəbər verir ki, hətta İspaniya klubları yığmamızın üzvləri ilə maraqlanmağa da başlayıblar.
Hətta onların bəzisini baxışa çağıran klublar da var. Artıq iki futbolçumuz bu məqsədlə İspaniyaya yollanmağa hazırlaşır. Lakin onların adları açıqlanmır.
