27 fevral 2013 16:08

Futbol üzrə Dünya Kuboku Bakıda təşkil ediləcək

Bu gün Azərbaycan Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya Futbol Kubokunun Bakıda təşkili haqqında müqavilə imzalanıb. Azerisport.az xəbər verir ki, müqaviləni Azərbaycan tərəfindən müdafiə nazirinin müavini, general leytenant Çingiz Məmmədov, Beynəlxalq Hərbi İdman Şurası tərəfindən isə Şuranın sədri polkovnik Hamand Kalkuba Malboum imzalayıb.
 
Müqaviləyə əsasən, cari il aprelin 29-da Kubokun püşkatma, iyulun 2-də açılış və iyulun 14-də bağlanış mərasimləri keçiriləcək.
 
Bu çempionatda BHİŞ-ə üzv ölkələrdən 16 komandanın işrtirakı gözlənilir. Bu günə qədər məlum olan komandalar Amerika qitəsindən Braziliya, ABŞ, Kanada, Afrika qitəsindən Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Keniya və Mali, Avropa qitəsindən Almaniya, Fransadır, üçüncü komanda isə martın 8-də Niderland ilə Kipr arasında keçiriləcək oyunun nəticəsində məlum olacaq. Asiya qitəsindən Oman, İraq, Bəhreyn və Qətər, 16-cı komanda isə ev sahibi kimi Azərbaycan olacaq.
 
BHİŞ ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 500-ə qədər idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının 100 nəfərə yaxın olması gözlənilir.
 
Yarışlar "Şəfa", "Dalğa", "Bayıl" və "Zirə" stadionlarında keçiriliəcək.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosasiyasının İcra Komitəsinin üzvlərindən ibarət təşkilat komitəsi yaradılıb və fəaliyyətə başlayıb. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.