28 fevral 2013 17:08
Sumqayıt Xəzər Lənkəran ilə oyuna itkisiz hazırlaşır
Martın 3-də səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, səhər trenajor zalında hazırlaşan komanda daha sonra məşqini “Bayıl Arena”da davam etdirib.
Heyətdə zədəli futbolçu yer almır. Bernhard Raabın komandası martın 2-də Lənkərana yola düşəcək.
Xatırladaq ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu martın 3-də saat 15:00-da Lənkəran şəhər stadionunda keçiriləcək.
