28 fevral 2013 18:11

Cavid İmamverdiyev: Neftçi üçün çempionluq daha önəmlidi

“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin azerisport.az saytına müsahibəsi
 
- “Simurq”la oyundan sonra nə baş verdi?
- Bu haqda danışmaq istəmirəm. “Simurq”la oyundan sonra nə olubsa, orda qaldı. Mənim bütün fikirlərim komandamın oyunlarına yönəlib.
 
- Amma “Neftçi” sizi məhz bu münaqişəyə görə ehtiyat komandaya göndərib...
- Mən futbolçuyam, işim oynamaqdı. Əgər belə qərar verilibsə, deməli, belə lazımdı. İndi qalır yalnız əsas heyətdəki yerimi qaytarmaq.
 
- “Simurq”la ilk oyunda qolsuz heç-heçə qeydə alındı. Mərhələ adlamaq şanslarınız nə dərəcədə yüksəkdi?
- Bu, bizim üçün heç də pis nəticə sayılmamalıdı. Məncə, bu nəticə bizim üçün rəqibdən daha münasibdi. Amma şansları yenə də bərabər sayıram. Hələ heç kim dəqiq deyə bilməz ki, növbəti mərhələyə hansı komanda çıxacaq.
 
- “Turan”la oyundan nə gözləyirsiz?
- Biz bu oyunda xal itirməməliyik. Qarşıda bizi çempionluq uğrunda gərgin mübarizə gözləyir. Hər xal bizim üçün çox vacibdi. Amma hər şey ola bilər.
 
- Şəxsən sizin üçün hansı daha vacibdi: kubok, ya Premyer Liqa?
- “Neftçi” ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olmaq istəyir. Biz komandaya inanırıq. Hər iki turnir də komandamız üçün vacibdi. Qrafikin sıxlığı bizim üçün problem deyil. Amma əgər seçim etmək lazım gəlsə, təbii ki, çempionluq daha önəmlidi.
 
- Çempionatda hansı komanda sizi daha çox təəccübləndirdi?
- AZAL. Onlar mövsümə çox yaxşı başlamışdılar. Hətta lider idilər. Mən çox istərdim ki, ilk altılıqda yer alan klublardan biri də AZAL olsun. Yaxşı komandadı.
 
- Bəs ilk altılıqdakı hansı oyunlar sizin üçün daha çətin ola bilər?
- Bütün rəqiblərimizlə görüşlər çətin olacaq. Ən çətin oyunlarımız isə “İnter” və “Qarabağ”a qarşı olacaq. “İnter”in çox güclü müdafiəsi, “Qarabağ”ın isə hücum xətti var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.