28 fevral 2013 18:45
Opara: Qızıl medalları məhz Qarabağ boynundan asacaq (FOTO)
Xəbər verdiyimiz kimi, “Qarabağ” daha bir transferi reallaşdırıb. Azerisport.az xəbər verir ki, qış fasiləsində Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiç, Reynaldonun ardlndan komanda daha bir keçidi həll edib.
Azərbaycanda çıxış edərkən oynadığı futbolla göz dolduran Emeka Opara rəsmən “Qarabağ”lıdı. 28 yaşlı forvard dünən axşam Bakıya gəlib və bu gün Ağdam klubu ilə rəsmi müqaviləyə imza atıb. Nigeriyalı yeni komandasıyla 1,5 illik müqavilə imzalayıb. Daha öncə “Sahel”, “Kayzerslautern”, “Xəzər Lənkəran”, “Əl Naser”də oynamış Opara klub saytına təəssüratlarını bildirib:
“Qarabağ”dan təklif gələndə düşünmədən razılaşdım. Hələ Azərbaycanda oynayarkən yeni komandamın oyun üslubu o dəqiqə hiss olunurdu. Bəlli sistemə malik komandada oynamaq futbolçu üçün rahatlıqdı. Bilirəm ki, “Qarabağ” çempionluq üçün mübarizə aparır. Hazırda liderdən 3 xal geridə qalırıq. Bu fərqi aradan qaldırmaq mümkündü. Azərbaycan çempionatının səviyyəsinə bələdəm. Burda yaxşı oynamaq üçün nələrin lazım olduğunu bilirəm. Komandanın heyətindəki futbolçuların çoxusunu tanıyıram. “Qarabağ”la uğur qazanmaq üçün gəlmişəm. Böyük bir camiənin sevilən bir hissəsi olmaq istəyirəm. Bunun üçünsə meydanda can qoymaq lazımdı. Bəli, “Qarabağ”a çempionluq üçün gəlmişəm. İnanıram ki, mayda qızıl medalları məhz “Qarabağ” boynundan asacaq”.
