28 fevral 2013 19:07

Böyükağa Hacıyevdən Cavid İmamverdiyev açıqlaması

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, Cavid İmamverdiyevin “Simurq”la oyundan sonrakı davranışından danışıb:
 
“Azərbaycan kuboku uğrunda keçirilmiş “Simurq” - “Neftçi” matçının 75-ci dəqiqəsində Cavid İmamverdiyevi meydana buraxdıq. Futbolçu meydanda olduğu 15 dəqiqə ərzində məşqçilər heyətinin etimadını doğrulda bilmədi. Bundan əlavə Cavid oyundan sonra rəqib komandanın futbolçusuna qarşı qeyri-etik davranmaqla intizam qaydalarını pozdu və haqlı olaraq qırmızı vərəqə ilə cəzalandırıldı. Qarşılaşmadan dərhal sonra məşqçilər heyəti və futbolçuların iştirakı ilə toplantı keçirib klub rəhbərliyinə bu məsələ ilə bağlı hesabat təqdim etdik. Məşqçilər heyətinin birgə rəyi ilə Cavid İmamverdiyevin əvəzedici heyətə göndərilməsi qərara alındı. Bu gün “Neftçi”nin formasında meydana çıxan hər bir futbolçu göstərdiyi oyun və intizamı ilə hamıya nümunə olmalıdı. Bu qaydaları pozan futbolçu kimliyindən asılı olmayaraq etdiyi hərəkətə görə cavab verməlidir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.