28 fevral 2013 11:15

Aqil Nəbiyev: Belə bir şansı heç bir halda buraxmaq olmaz

“Bakı”nın müdafiəçisi Aqil Nəbiyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “İnter”lə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “İnter”lə matç barədə nə deyə bilərsiz?
- Gərgin oyun alındı. Demək olar ki, oyunun böyük qismində topa biz nəzarət edirdik. Buraxılan qol bizim planlarımızı bir qədər korladı. Lakin xoşbəxtlikdən sonda hesabı bərabərləşdirə bildik. Ümumiyyətlə, “Bakı” bu oyunda əvvəlkilərə nisbətən daha yaxşı təsir bağışladı.
 
- Son dəqiqələri hücumçu kimi keçirdiniz. Bu ampluada nə vaxtsa oynadığınızı xatırlayırsız?
- Bu, ev tapşırığı idi.
 
- Oyunun gedişində məğlub duruma düşəcəyinizi gözləyirdiz?
- Biz hər şeyə hazır olmalı idik. Hətta hesab bərabər olanda da mən hücuma qoşulurdum. Gördüyünüz kimi, taktika özünü doğrultdu. Qol vura bildim. Buna görə də çox şadam.
 
- Yeni klubunuza alışmaq sizin üçün çox asan oldu...
- Bu, ilk belə matç deyil. AZAL və “Simurq”la oyunlarda da hücuma qoşulmağım faydalı olmuşdu. Əsas odu ki, nəticələrimiz yaxşı olsun. Biz hamımız bunun üçün oynayırıq. Hücuma qoşulmaq xoşuma gəlir. Gələcəkdə də bunu edəcəm.
 
- Cavab oyunu öncəsi şanslarınızı necə qiymətləndirə bilərsiz?
- İndi səfərdə qələbə qazanmaq lazımdı. Biz evdə qol buraxmamalı idik. Bizim hədəfimiz qol vurub, buraxmamaq idi. Amma alınmadı. Buna baxmayaraq, biz “İnter”i səfərdə məğlub edəcək gücdəyik.
 
- Martın əvvəli “Bakı” üçün həlledici olacaq. Öncə altılıq uğrundakı “Rəvan”la, ardından “İnter”lə kubokun cavab oyunu baş tutacaq...
- Biz hər iki cəbhədə mübarizəmizi davam etdiririk. Avrokuboklara ən yaxın yol kubokdan keçir. Ona görə də biz yarımfinala çıxmağa çalışacağıq. “Rəvan”la oyuna gəlincə, bu, bizim üçün son şansdı. Belə bir şansı heç bir halda buraxmaq olmaz. “Bakı” ilk altılıqda olmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.