28 fevral 2013 11:50
Qəbələnin futbolçusu 500 000 dollar qazanacaq
“Qəbələ”nin yeni transferi Kristian Pulhakın bölgə klubundakı qazancı açıqlanıb. Azerisport.az xəbər verir ki, rumıniyalı müdafiəçi iki ilinə 500 000 ABŞ dolları qazanacaq.
Rumıniya mətbuatının yazdığına görə, Pulhak Azərbaycana gəldiyinə görə keçmiş klubu “Dinamo”ya təzminat da ödəyib. Belə ki, o, Buxarest təmsilçisinə 56 000 avro təzminat ödəyib.
