1 mart 2013 00:33
“Böyük ambisiyalarımız var” (VİDEO)
“İnter” bu gün Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək "Qarabağ"la səfər görüşünün hazırlığlarına start verəcək. Azerisport.az xəbər verir ki, ötən gün isə futbolçular "Şəfa" stadionunda bir araya gələrək "Bakı"ya qarşı keçirilmiş kubok oyunundan sonra bərpa məşqinə çıxıblar.
Bu arada "İnter”in klub saytı komandanın hücumçusu Yuri Fomenko ilə maraqlı müsahibə hazırlayıb. “Bankirlər”in yeni forvardı müsahibəsində futbolçu "Bakı" ilə oyunu dəyərləndirib, "Qarabağ"a qarşı baş tutacaq matç haqqında danışıb və digər sualları cavablandırıb.
