28 fevral 2013 13:44
Türkiyə mətbuatı Ruslan Abışovun Rubinə transferindən yazdı (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun Rusiyanın “Rubin” klubuna transferi Türkiyə mətbuatının da diqqətindən yayınmayıb. Azerisport.az xəbər verir ki, məhşur “NTV Spor” kanalının saytı həmyerlimizin transferindən yazıb.
“Gökdeniz ve Gökhana “gardaş” başlıqlı xəbərdə Abışovun 2,5 illik müqavilə imzaladığı deyilir. Yazıda baş məşqçi Kurban Berdiyevin də fikirlərinə yer verilib. Baş məşqçi Abışovu ötən il heyətə qatmaq istədiklərini, amma bəzi problemlərin ortaya çıxdığını bildirib. Berdiyev həmçinin həmyerlimizin sadəcə stopper deyil, bir çox mövqedə oynaya bildiyini də qeyd edib.
ntvspor.net Abışovun karyerası barədə də oxucularına geniş məlumat verib. “Gökdeniz ve Gökhana “gardaş” xəbərini Türkiyənin bir sıra saytları yayımlayıb.
