28 fevral 2013 13:52
Simurq - Neftçi oyunundan sonra qalmaqal
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin Zaqatalada baş tutan “Simurq” – “Neftçi” matçından sonra münaqişə yaranıb. Azerisport.az xəbər verir ki, 0:0 hesabıyla başa çatan qarşılaşmadan sonra “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev “Simurq”un qapıçısı David Petrkeviçin üzərinə gedərək, onunla nəyisə aydınlaşdırmağa çalışıb.
Bu zaman araya Zaqatala klubunun yeni transferi Nenand Kiso girib. Belə olan halda, əsəblərinə hakim ola bilməyən İmamverdiyev bosniyalı futbolçunun üzünə tüpürüb. Matçın baş hakimi Fariz Yusifov isə ona qırmızı vərəqə göstərib.
