28 fevral 2013 14:09

Əmirquliyevdən yubiley qolu

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev klubda özünün 25-ci qolunu vurub. Azerisport.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan”la ilk oyununda hesabı bərabərləşdirməklə 2:1 hesablı qələbədə pay sahibi olan yarımmüdafiəçi yubiley topuna imza atıb.
 
Klub tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən Rahid bu qollardan 17-ni Premyer Liqa, 5-ni ölkə kuboku, 3-nü “Birlik kuboku”nda vurub. “Xəzər Lənkəran”ın 9 illik tarixində yalnız 3 futbolçu daha çox qol vurub. Zaur Ramazanov 44, Samir Əliyev 34, Mario Souza isə 26 dəfə fərqlənib.
 
“Xəzər Lənkəran” Bakıdakı oyunda qol vurmaqla uğurlu seriyasını davam etdirdi. Belə ki, ölkə kubokunda ardıcıl 19 oyundur ki, komanda meydanı qolsuz tərk etmir. Sonuncu dəfə 4 il əvvəl - 2009-cu il fevralın 25-də öz meydanında “Bakı”ya 0:1 hesabı ilə uduzan cənublu futbolçular həmin oyundan sonra kubokdakı hər qarşılaşmada ən azı 1 qol vurub. Bu müddətdə “Xəzər Lənkəran” 19 görüşə 32 qol vurub.
 
Qeyd edək ki, “Rəvan”la qarşılaşma Elnur Allahverdiyevin “Xəzər Lənkəran”da yubiley – 80-ci matçı oldu. O, bu göstəricidə 10-cu olan Dieqo Souzaya çatdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.