28 fevral 2013 14:59
Kəpəz itkilərlə hazırlaşır
Məşqləri davam etdirən "Kəpəz" tam heyətlə hazırlaşa bilmir. Azerisport.az xəbər verir ki, komandanın heyətində zədəli futbolçuların sayı ikiyə çatıb.
Məşqlərdən kənar qalan Emin Əliyevə Məhərrəm Müslümzadə də qoşulub. Gənc futbolçu əzələsini dartıb. Həkimlər hazırda onun zədəsinin müalicəsi ilə məşğuldurlar. Bu səbəbdən Müslümzadə bir müddət məcburi şəkildə dincəlməli olacaq.
Ötən həftə məşqlərin birində zədələnməklə komanda yoldaşlarından ayrı düşən Pirkuli Saparov isə heyətə dönüb. O, dünəndən məşqlərə başlayıb.
